"Prerssbol": "Azərbaycan şərəf və reytinq üçün oynayacaq"

25 Sentyabr 2022 17:20 Milli komanda 1 404
"Prerssbol": "Azərbaycan şərəf və reytinq üçün oynayacaq"

Belarusun "Prerssbol" portalı Millətlər Liqasının son turu ərəfəsində C3 qrupundakı vəziyyəti dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, belaruslu həmkarlarımız Qazaxıstanın qrupdakı qələbəsindən və Azərbaycan millisi barədə də yazıblar:

“Qrupdakı hər iki görüşün həlledici rolu yoxdur. Qazaxıstan sensasiya yaradaraq vaxtından əvvəl B Liqasına yüksəlib.

Bəli, bəli, turnirin son püşkatmasında bizim mövqeyimizdə olan həmin qazaxıstanlılar. Qrupda sonuncu olaraq, bu divizionda qalmaq üçün pley-off mərhələsində oynamışdılar.

İndi Maqomed Adiyevin komandası isə Millətlər Liqasının pley-off mərhələsindən keçərək Avropa çempionatına çıxmaq şansı qazanıb.

Azərbaycan və Slovakiya millisi isə ancaq şərəf və reytinq üçün oynayacaq. O da vacibdir.

Millətlər Liqasının ümumi reytinqi əsasında oktyabrın 9-da Frankfurt-Mayndə keçiriləcək AVRO-2024-ün səbətləri formalaşacaq. Ona görə də hər iki komanda hər ehtimala qarşı qələbə qazanmaq istəyəcək.

Belarusun çox pis taleyi var. Komanda ardıcıl 12 rəsmi matçda qalib gəlmir. Bu, rekord deyil:

1990-cı illərin ikinci yarısında yüksək səviyyəli turnirlərin seçmə mərhələsi çərçivəsində milli komanda ardıcıl 16 görüşdə qələbə qazana bilməmişdi.

İstənilən halda, Kondratyevin komandası birbaşa D divizionuna yuvarlanmayacaq. Onlar bu divizionda qalmaq üçün 2024-cü ilin martında keçiriləcək pley-offda qalib gəlməlidi.

Üstəlik, orada D liqasının komandaları ilə deyil, C divizionunun qruplarında son pilləni tutmuş rəqiblərdən biri ilə qarşılaşacaq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı