AFFA-nın De Byazi ilə bağlı YENİ PLANI

25 Sentyabr 2022 19:00 Milli komanda 3 584
AFFA-nın De Byazi ilə bağlı YENİ PLANI

Canni De Byazinin Azərbaycan millisinin baş məşqçi postunda müqaviləsi 5 gün sonra başa çatır.

3 gün əvvələ kimi onunla müqavilənin uzadılmayacağı gün kimi aydın idi.

Belə ki, Millətlər Liqasında qarşıya qoyulan vəzifə yerinə yetirilməmiş və göstərilən oyun da ümidverici deyildi.

Bu şərtlər altında əcnəbi mütəxəssislə müqavilənin uzadılmaq ehtimalı heç 1% də ehtimal edilmirdi. Hətta onun yerinə türkiyəli mütəxəssislə danışıqlar aparılması barədə məlumatlar da almışdıq.

Amma indi hər şey AFFA rəsmiləri üçün 180 dərəcə dəyişib.

Slovakiya millisi üzərində səfərdə qazanılan qələbə (2:1) onlarda italiyana qarşı yenidən inam yaradıb.

Və onunla bağlı planlar dəyişilib. Əgər bu gün axşam Qazaxıstan üzərində növbəti qələbə əldə olunsa, De Byazi ilə danışıqlar üçün yenidən masa arxasına oturulacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı