"Turnir hələ bitməyib, son oyunda Azərbaycana qalib gəlməliyik"

25 Sentyabr 2022 09:20 Milli komanda 539
"Turnir hələ bitməyib, son oyunda Azərbaycana qalib gəlməliyik"

Qazaxıstan bu gün UEFA Millətlər Liqası qrup mərhələsinin son oyununda Azərbaycanın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, yığmanın futbolçusu Abılayxan Jumabek matçdan öncə yerli federasiyanın mətbuat xidmətinə açıqlama verib.

O, Bakıda qələbə qazanmaq istədiklərini deyib:

"Daha bir matçımız var. Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik. Baş məşqçi dedi ki, turnir hələ bitməyib. Son oyunda qalib gəlməliyik".

Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da "Dalga Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti