"Azərbaycana qol vurmağıma baxmayaraq, emosiyalar neqativdir"

25 Sentyabr 2022 03:20 Milli komanda 562
"Azərbaycana qol vurmağıma baxmayaraq, emosiyalar neqativdir"

Slovakiya millisinin hücumçusu Erik Yirka Azərbaycan millisi ilə qarşılaşmadan sonra yerli mətbuata danışıb.

Sportinfo.az xəbər verir ki, komandasının penaltidən yeganə qolunu vuran forvard görüşlə bağlı bunları deyib:

“Qol vurmağıma baxmayaraq, emosiyalar neqativdir. Çünki qalib gələ bilmədik.

Bu isə xalsız qalmağımıza səbəb oldu. İkinci hissədə yaxşı oynadıq, çoxlu hücum etdik. Amma yetmədi".

Millətlər Liqasının 5-ci turu çərçivəsində səfərdə Slovakiya ilə qarşılaşan millimiz 2:1 qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti