"Əsas odur ki, bu, davamlı olsun" - Emin Mahmudov

24 Sentyabr 2022 21:30 Milli komanda 337
"Əsas odur ki, bu, davamlı olsun" - Emin Mahmudov

“Slovakiyaya qarşı çox yaxşı, sona kimi mübarizə apardıq. Bu, bizə yaxşı nəticə qazanmağımıza kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirmirdi. Ardıcıl qələbələr qazandıq. Özümüzə olan inamı artırdı. Əsas odur ki, davamlı olsun".

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Qazaxıstanla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Bəzi oyunlarda daha yaxşı oynaya, çox xal toplaya bilərdik. Potensialımız imkan verir ki, daha yaxşı oynayaq. Bəzi matçlarda potensialımızdan daha aşağı çıxış etdik. Məncə, daha yaxşı nəticələr əldə edə bilərdik” - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti