"Qarşılaşmanın ilk hissəsi bizim üçün əsəbi keçdi".
Sportinfo.az xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Matuş Bero evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra deyib.
27 yaşlı yarımmüdafiəçi yeni baş məşqçi Françesko Kaltsonaya və oyun üslubuna tam alışmadıqlarını bildirib:
"İtaliyalı mütəxəssisə daha çox vaxt verməliyik. İkinci hissədə istədiyimiz futbolu sərgilməyə başladıq".
Yığmada debüt edən Kristian Vallo isə ilk matçında qələbə qazana bilmədiyi üçün məyus olduğunu söyləyib:
"Birinci hissə gərgin alındı. Daha çox cinahlardan hücum etmək istəyirdik.
Fasilədən sonra daha yaxşı oynadıq və hesabı bərabərləşdirə bildik. Bununla belə, sonda ikinci qolu buraxdıq. Məğlubiyyətə görə təəssüflənirik".

