"Azərbaycan millisi möhkəm komandadır"

24 Sentyabr 2022 17:20 Milli komanda 979
"Azərbaycan millisi möhkəm komandadır"

Qazaxıstan komandası UEFA Millətlər Liqası qrup mərhələsinin son turunda sabah Azərbaycanın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında yığmanın müdafiəçisi Yan Voroqovski açıqlama verib:

"Sabah meydana kim çıxsa, yüz faizini ortaya qoyacaq. Məqsədimizə çatsaq da heç bir arxayınlıq yoxdur. Azərbaycan millisi möhkəm komandadır. Bunu ilk oyunda da gördük. Sabah bizi çox çətin oyun gözləyir. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Necə oynamışıqsa, o cür də davam edəcəyik.

- Azərbaycan millisi son iki oyunda qələbə qazanıb. Sabah məğlub olmaqdan qorxmursuz?

Azərbaycan milli komandasının güclü olmasına şübhə yoxdur. Slovakiya üzərində qazanılan qələbəyə görə onları təbrik edirəm. Biz də sabah uğurlu nəticəyə ümid edirik.

- Azərbaycanın Slovakiya üzərində qələbəsi sizi təəccübləndirmədi?

- Xeyr. Bu, mənim üçün sürpriz olmadı. Rəqibimizə hörmətlə yanaşırıq. Ümidvaram ki, bizə də hörmətlə yanaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"