“Azərbaycanda futbola böyük maliyyə vəsaiti ayrıldığı üçün…”

24 Sentyabr 2022 20:20 Milli komanda 932
“Azərbaycanda futbola böyük maliyyə vəsaiti ayrıldığı üçün…”

Andrey Çernışov UEFA Millətlər Liqasının 6-cı turunun Azərbaycan - Qazaxıstan oyunu ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 54 yaşlı rusiyalı məşqçi Bakıda maraqlı oyunun baş tutacağını deyib:

"Öz meydanında oynayan istənilən komanda rəqibinin adına baxmayaraq, qələbə qazanmaq istəyir.

Təbii ki, Azərbaycan komandası da idmanın bu növünün ölkədə inkişafına böyük maliyyə vəsaiti ayrıldığı üçün qarşısına həmişə iddialı məqsədlər qoyur.

Komanda həm də öz tamaşaçıları qarşısında qrupdakı ən güclü komandanı məğlub etmək istəyir.

Düşünürəm ki, yaxşı görüş olacaq. Çünki azərbaycanlılar nəticə göstərməli və qrupda mümkün qədər yüksək yer tutmalıdırlar".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu