"Baş məşqçi dedi ki…” - Qrupu Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirlər

24 Sentyabr 2022 23:20 Milli komanda 770
"Baş məşqçi dedi ki…” - Qrupu Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirlər

"Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının futbolçusu Abılayxan Jumabek Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu barədə danışarkən deyib.

21 yaşlı hücumçu matça yaxşı hazırlaşdıqlarını bildirib: "Baş məşqçi dedi ki, hələ heç nə bitməyib. Qarşıda daha bir vacib oyunumuz var".

Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti