"Azərbaycanla matçda digər futbolçular da oynamaq şansı qazanacaq"

24 Sentyabr 2022 22:40 Milli komanda 382
"Azərbaycanla matçda digər futbolçular da oynamaq şansı qazanacaq"

Qazaxıstan millisinin müdafiəçisi Yan Voroqovski Millətlər Liqasının C3 qrupunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri son oyunöncəsi komandadakı əhval-ruhiyyədən danışıb.

Sportinfo.az xəbər veri ki, "Molenbek"də oynayan 26 yaşlı futbolçu millimizə qarşı keçirəcəkləri görüş haqda bunu deyib:

"Azərbaycanla matçda da qələbə üçün mübarizə aparacağıq. Düşünürəm ki, heyətdə hər hansı rotasiyalar olacaq.

Digər futbolçular da oynamaq şansı qazanacaq. Amma istənilən halda bütün qərarları baş məşqçi verir. Biz sadəcə hazırlaşırıq".

Vaxtından əvvəl qrupda birinci yeri özünə təmin edən Qazaxıstan millisi sentyabrın 25-də Bakıda Azərbaycanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti