"Azərbaycan üçün ilk qolumu vurdum, bu hissləri sözlə ifadə etmək olmur"

24 Sentyabr 2022 13:20 Milli komanda 642
"Azərbaycan üçün ilk qolumu vurdum, bu hissləri sözlə ifadə etmək olmur"

Millimizin hücumçusu Renat Dadaşov UEFA Millətlər Liqasında Slovakiya üzərində qazanılan qələbədən sonra sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, matçda ilk qolun müəllifi olan 23 yaşlı forvard yığmada ilk qolu vurduğuna görə sevindiyini bildirib:

"Ölkəm üçün ilk qolumu vurdum. Bu hissləri sözlərlə ifadə etmək olmur.

Möhtəşəm oyun üçün komandama təşəkkür edirəm. Bu qələbəni azarkeşlərimizin sayəsində qazandıq. Davam edirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti