"Azərbaycan yığmasına məğlub olduğumuza görə əsəbiyəm"

24 Sentyabr 2022 14:20 Milli komanda 473
"Azərbaycan yığmasına məğlub olduğumuza görə əsəbiyəm"

Slovakiya millisinin çalışdırıcısı Françesko Kaltsona UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunun Azərbaycanla oyunundan danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının 1:2 hesablı məğlubiyyətini mətbuat konfransında belə şərh edib:

"İlk yarıda çox pis oynadıq. Fasilədən sonra diqtə edən tərəf olduq. Buraxılan qoldan sonra isə komanda daha yaxşı oynamağa başladı.

Məğlubiyyətə layiq deyildik. Çünki topa 71 faiz biz sahib idik. Ona görə də məğlub olduğumuza görə əsəbiyəm.

Uşaqlar onlardan məşqlərdə tələb etdiyimi tətbiq etməyə çalışırdı. Son dəqiqədə uşaq səhvi etdik və ikinci qolu buraxdıq.

Futbolçular topa baxmırdı. Halbuki onlar bunun haqda düşünməliydi. Slovakiya kimi millidə belə səhvlər olmamalıdı.

Oyunumuzdan razı qaldım. Sadəcə olaraq, nəticə üzücü idi. Fiziki hazırlığımız yaxşıdı, problemimiz təfəkkürlü bağlıdı".

Digər Xəbərlər
Xəbər Lenti