“İnter”in də formasını geyinən slovak Azərbaycan yığmasından danışdı

24 Sentyabr 2022 01:10 Milli komanda 1 069
“İnter”in də formasını geyinən slovak Azərbaycan yığmasından danışdı

Slovakiya millisinin kapitanı Milan Şkrinyar UEFA Millətlər Liqasının Azərbaycanla matçından (1:2) sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "İnter"in müdafiəçisi millimizin ilk hissədə yaxşı oynadığını deyib:

"Rəqib ilk hissədə daha yaxşı təsir bağışladı. Biz isə ikinci hissədə kifayət qədər qol epizodu yaratsaq da, cəmi birindən istifadə etdik.

Növbəti matçlarda da ikinci yarıdakı oyunumuzu göstərməliyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti