Bəlkə nəsə oldu deyə... Milli üçün bu gün o gün deyil

24 Sentyabr 2022 17:00 Milli komanda 685
Bəlkə nəsə oldu deyə... Milli üçün bu gün o gün deyil

Azərbaycan millisi Millətlər Liqasında ardıcıl ikinci qələbəsin qazandı.

C liqasında qərarlaşan komandamız ötən tur Belarus millisini evdə məğlub etmişdisə (2:0), bu dəfə səfərdə Slovakiyanı xalsız qoydu - 2:1.

Deyim var ki, qələbə hər zaman şirindir. Amma vallah elə deyil. Məsələn, Slovakiya üzərində qələbə niyə şirin olsun ki? Bu qələbə bizə nə verdi?

Mənə görə ciddi mənada heç nə. Əksinə kimlərsə lazımsız qələbəyə görə yaxşı mükafatla cibini dolduracaq.

Əvvəla, bu turnirin Avropa Çempionatının seçmə mərhələsi və Dünya Çempionatının seçmə mərhələsi qədər əhəmiyyəti yoxdur.

Əvvəlki Millətlər Liqasında olduğu kimi bu dəfə də əsas məqsəd qrupun lideri olmaq idi.

O şansı da elə ilk oyundaca Qazaxıstana uduzmaqla (0:2) əldən vermişdik.

Hə, həmin görüşdə Canni De Byazinin komandası qələbə qazansaydı, sevinmək, dəstək olmaq vacib olardı. Ki, qrupdan çıxmaq yolunda önəmlli ilk addım atılmış olacaqdı. Davamın gətirməyə ümid etmək olardı. Bəlkə nəsə oldu deyə.

Yoxsa sona iki tur qalmış, bütün şansları bitmiş və motivasiyasız rəqibi heç də yaxşı olmayan oyunla udmağa nə sevinmək düşür, nə də dəstək olmaq.

Biz nə bu gün ölkə futboluna baxırıq, nə də dünəndən. İllərdi gedən proseslərdən məlumatlıyıq və belə qələbələrə toxuq. Faydasız olduğuna əminik.

Yaxşı gələcək üçün belə boş qələblər yox, yaxşı idarəçilər və bəlli bir sistem lazımdır. Olana kimi nəticələr ciddi önəm kəsb etmir. Ha elə, ha da belə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!