Azərbaycan yığması dünən UEFA Millətlər Liqasının C Divizionunda 3-cü qrupun V tur matçında Slovakiya ilə qarşılaşdı.
Tarixində birinci dəfə səfərdə Slovakiyaya qalib gələn komandamız xallarını 7-yə çatdırdı və 2-ci pilləyə yüksəldi.
Həmçinin C Liqasındakı yerini qorudu.
Millimiz qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.
Canni De Byazi Trnavadakı matçdam sonra AFFA-nın onunla müqaviləni uzadacağına ümid edir, ancaq federasiya başbilənləri əvvəli fikrində qalıb – yollar ayrılmalıdır.
Nəticədən asılı olmayaraq, AFFA italyan çalışdırıcı ilə kontraktı üçüncü müddətə yeniləməyəcək.BBaş katib Sərxan Hacıyev artıq yeni baş məşqçinin tapılması istiqamətində addımlar atır.
O, mümkün namizədlərin siyahısıni hazırlayır. Mayda Elxan Məmmədovun yerinə keçən Hacyev millini yerli mütəxəssislərdən birinə tapşırmaq istəyindədir.
Baş katib bununla bağlı Məşqçilər Komitəsinin üzvləri ilə məsləhətləşmələr aparır.
SPORTİNFO.AZ

