"Qarabağ"dan aldıqları hücumçuya 10 dəfə artıq QİYMƏT QOYDULAR

23 Sentyabr 2022 11:40 Milli komanda 4 377
"Qarabağ"dan aldıqları hücumçuya 10 dəfə artıq QİYMƏT QOYDULAR

İbrahim Vadjini 1,6 milyon avro qarşılığında «Qarabağ»dan transfer edən «Sent-Etyen» onun qiymətini müəyyənləşdirib.

Liqa 2-də mübarizə aparan klub seneqallı hücumçuya 11 milyon avro qiymət qoyub.

«Yaşıllar» Liqa 1-ə vəsiqə qazanacaqları təqdirdə, afrikalı legionerin dəyərinin daha da artacağını proqnozlaşdırır.

Hələlik «Sent-Etyen»in işləri qaydasında getmir. Komanda 9 tur ərzində cəmi 7 xal toplayıb və turnir cədvəlinin təhlükəli zonasında – 18-ci pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti