Azərbaycanın minifutbol yığması Qazaxıstanda səfərdə olub.
Slovakiyada keçirilən son Avropa çempionatında qalib adını qazanan milli Astana şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak edib.
Əsası «Zəfər» klubunun oyunçuları tərəfindən formalaşdırılan komanda müxtəlif rəqiblərlə üz-üzə gəlib.
Elşad Quliyevin çalışdırdığı kollektiv yerli kollektivlə iki dəfə qarşılaşıb, birində heç-heçə edib, birində də qələbə qazanıb - 2:2 və 5:0.
Baş məşqçi bu görüşlərdə əsasən yenilərə və gənclərə şans verib.
SPORTİNFO.AZ

