"Qrupdakı son oyunda eksperiment aparmayacağıq".
Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının C Divizionunda evdə Belarusa 2:1 hesabı ilə qalib gəldikləri V tur oyunundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, Azərbaycan millisi ilə matçda heyətlə bağlı müəyyən dəyişikliklər olacaq:
"Belə emosional qarşılaşmalardan sonra heyətə əl gəzdirmək lazımdır. Başqa çarə yoxdur, çünki oynayan futbolçular yorulacaqlar".
Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.

