Azərbaycan millisi 90+5-ci dəqiqədə vurduğu qola Slovakiyaya qalib gəldi

23 Sentyabr 2022 00:38 Milli komanda 2 042
Azərbaycan millisi 90+5-ci dəqiqədə vurduğu qola Slovakiyaya qalib gəldi

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, C Divizionunda yer alan Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü qrupun V tur matçında Slovakiyanın qonağı olub.

Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əvvəlləri sakit tepmdə keçsə də, tərəflər tədricən fəallığı artırıblar. Qapı istiqamətində ilk zərbəni 16-cı dəqiqədə Renat Dadaşov vurub.

Amma 23 yaşlı forvard hədəfdən yayınıb. 10 dəqiqə sonra Bədavi Hüseynovun vurduğu top az fərqlə qapıdan aralı keçib.

Oyuna ilk real qol vəziyyətini isə meydan sahibləri yaradıb. Erik Yirka başla boş qapını nişan ala bilməyib.

32-ci dəqiqədə Riçard Almeydanın zərbəsində dəqiqlik çatmayıb. 2 dəqiqə sonra Yirka növbəti dəfə diqqət mərkəzinə düşsə də, Şahruddin Məhəmmədəliyev onun fərqlənməsinə mane olub.

37-ci dəqiqədə Matuş Beronun qüvvətli zərbəsi zamanı qapı tiri Azərbaycan millisini xilas edib. 41-ci dəqiqədə yığma əla əks hücumu qolla tamamlaya bilməyib.

Almeydanın ötürməsinə toxunan olmayıb. Lakin 3 dəqiqə sonra hesab açılıb. Ozan Can Kökçünün ötürməsini qəbul edən Dadaşov gözlənilməz zərbə ilə komandasını önə keçirib. Beləliklə, Azərbaycan yığması fasiləsə minimal hesablı üstünlüklə yollanıb.

İkinci hissəyə daha yaxşı başlayan slovakiyalılar bunun məntiqi nəticəsi kimi ardıcıl 2 epizodda qola yaxın olublar.

Əvvəlcə ağ cinahdan təhlükəli hava ötürməsi zamanı, ardınca isə Beronun zərbəsindən sonra Məhəmmədəliyev rəqibin fərqlənməsinə imkan verməyib.

58-ci dəqiqədə Laslo Beneşin zərbəsi qapının üstündən keçib. 59-cu dəqiqədə qapı tiri hesabın bərabərləşməsinə mane olub.

65-ci dəqiqədə Kristian Vallonun ötürməsi təhlükəli alınsa da, topa toxunan olmayıb. 70-ci dəqiqədə David Hantskonun vurduğu top az fərqlə qapıdan aralı keçib.

79-cu dəqiqədə Ramil Şeydayev sol cinahdan sürətlə cərimə meydançasına daxil olsa da, qapı istiqamətində zərbə vura bilməyib. 88-ci dəqiqədə Samuel Mrazın başla zərbəsində dəqiqlik çatmayıb.

90-cı dəqiqədə Stanislav Lobotkanın vurduğu top qapıçıda qalıb. Buna baxmayaraq, rəqib son dəqiqələrdə hesabı bərabərləşdirib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Yirka penaltini dəqiq yerinə yetirərək, tarazlığı bərpa edib.

Buna baxmayaraq, Azərbaycan millisi əlavə olunmuş 5-ci dəqiqədə qalibiyyət qolunu vura bilib. Höccət Haqverdi künc zərbəsindən sonra topu qapıdan keçirib. Həm Haqverdi, həm də hesabı açan Dadaşov yığmada ilk qollarını vurublar.

Tarixində birinci dəfə səfərdə Slovakiyaya qalib gələn Azərbaycan seçməsi bu nəticə ilə xallarını 7-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. Yığma həmçinin C Liqasındakı yerini qoruyub. 6 xalı olan Slovakiya isə 3-cü sırada qalıb.

C liqası, 3-cü qrup
22 sentyabr
Slovakiya – Azərbaycan - 1:2
Qollar:
Erik Yirka, 90+3 (pen.) - Renat Dadaşov, 44, Höccət Haqverdi, 90+5
Baş hakim: Vilyarm Kallum (Şotlandiya)
Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 14. Milan Şkrinyar (k), 8. Laslo Beneş, 16. David Hantsko, 21. Matuş Bero, 22. Stanislav Lobotka, 17. Martin Reqali, 18. Erik Yirka, 9. Robert Bojenik
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon de Marko, 4. Martin Valyent, 15. Norbert Gimber, 6. Miroslav Kaçer, 13. Patrik Qoroşovski, 20. Kristian Herts, 10. Adam Zrelyak, 11. Samuel Mraz, 19. David Dyuriş
Baş məşqçi: Françesko Kalzona
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 13. Abbas Hüseynov, 16. Anton Krivotsyuk, 7. Anatoli Nuriyev, 16. Elvin Camalov, 17. Toral Bayramov, 19. Filip Ozobiç, 22. Aleksey İsayev, 10. Musa Qurbanlı
Baş məşqçi: Canni de Byazi
Trnava. Anton Malatinski stadionu

1

Qazaxıstan

5

4

1

0

8-3

13

2

Azərbaycan

5

2

1

2

4-4

7

3

Slovakiya

5

2

0

3

4-5

6

4

Belarus

5

0

2

3

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi