Almanlar idarə edəcək - Azərbaycan - Qazaxıstan matçını

22 Sentyabr 2022 17:20 Milli komanda 505
Almanlar idarə edəcək - Azərbaycan - Qazaxıstan matçını

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Almaniyadan olan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Harm Osmersə Robert Kempter və Dominik Şaal laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

İspaniyalı Manuel Diaz Vega hakim-inspektor, estoniyalı Veiko Soo isə UEFA nümayəndəsi olacaq.

Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün V turda Trnavada Slovakiya ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti