Slovakiya üzərində qələbənin futbolçularımıza QAZANDIRACAĞI PUL

22 Sentyabr 2022 16:20 Milli komanda 1 879
Slovakiya üzərində qələbənin futbolçularımıza QAZANDIRACAĞI PUL

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Qazaxıstan 10 xalla qrupun lideridir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Millimizin qrupdan çıxmaq şansının nəzəri cəhətdən mümkün olmasını nəzərə alan AFFA mükafat sistemini qüvvədə saxlayıb.

Trnava şəhərində qələb əldə edilərsə, əsas heyət üzvlərinin hər birinə 30 min manat ödəniləcək. 1 xalın əvəzi isə 15 min manatdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM