"Dil problemi yoxdur, çox qaçmağımızı istəyir, Azərbaycanla oyunda hər şey..."

22 Sentyabr 2022 14:20 Milli komanda 713
"Dil problemi yoxdur, çox qaçmağımızı istəyir, Azərbaycanla oyunda hər şey..."

Slovakiya yığmasının kapitanı Milan Şkrinyar UEFA Millətlər Liqasının Azərbaycanla keçiriləcək oyunundan öncə danışıb.

Sportinfo.az xəbər verir ki, "İnter"də çıxış edən 27 yaşlı mərkəz müdafiəçisi millimizlə keçirəcəkləri matç haqda fikirlərini bildirib:

"Dil problemi yoxdur, tərcüməçi baş məşqçinin fikirlərini tərcümə edir. Onun işi çox olanda isə İtaliyada oynayan mən və digər futbolçular kömək edəcəyik.

Məşqçi bizim çox qaçmağımızı istəyir. Bu, Azərbaycanla matçda görünəcək. İstədiklərimizi oyunda etməliyik.

Milli komandanın kapitanı olduğum üçün xoşbəxtəm. Azərbaycanla oyunda hər şey bizdən asılı olacaq".

Slovakiya - Azərbaycan qarşılaşması bu gün Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”