
19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bolqarıstanın Albena şəhərində keçirələn oyunda yerli yığma ilə qarşılaşıb. Komandamız 0:1 hesabı ilə uduzub.
Qrupun digər görüşndə Türkiyə Lüksemburqla heç-heçə edib - 4:4.
Yığmamız sentyabrın 24-də 2-ci turda Türkiyə ilə qarşılaşacaq.
Azərbaycan – Bolqarıstan - 0:1
Qol: Anton Stoyanov, 90+3 pen.
Baş hakim: Joonas Jaanovits (Estoniya)
Albena.
Türkiyə U-19 - Lüksemburq U-19 - 4:4
Qollar: Burak İnce, 23, 76, Sami Satılmış, 38, Basar Önal, 62 pen. - Leon Elşan, 4, 13, 68, Xames Alveş Rodriqes, 73 pen.
Xallar: Bolqarıstan - 3, Lüksemburq - 1, Türkiyə - 1, Azərbaycan - 0.