4 vəzifəli şəxs millimizi izləmək üçün Slovakiyaya yollandı

21 Sentyabr 2022 21:00 Milli komanda 856
4 vəzifəli şəxs millimizi izləmək üçün Slovakiyaya yollandı

Azərbaycan millisi hər nə qədər gücsüz təsir bağışlasa da, bu dəfəki oyunlardan uğurlu nəticələrlə ayrılacağına ümid böyükdür.

Komandaya cəlb olunan futbolçuların çıxış etdiyi klubların adı və hazırkı formaları futbolsevərləri ümidləndirib.

Canni de Byazinin yetirmələri Millətlər Liqasının son 2 qrup matçından maksimum nəticə ilə ayrılmağı hədəfləyib. Nə qədər mümkün olacağını zaman göstərəcək.

Yığmanı Trnavada iş başında görmək üçün AFFA-nın bir qrup vəzifəli şəxsi komanda ilə birgə Slovakiyaya yollanıb.

Bunlar baş katib Sərxan Hacıyev, qurumun vitse-prezidentləri Rauf Əliyevlə Vaqif Sadıqov və AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovdur.

Azərbaycanın FİFA-dakı təmsilçisi, həmçinin AFFA-nın birinci vitse-prezidenti Elxan Məmmədovun oyun günü stadionda olub-olmayacağı bilinmir. Sabiq baş katibin matç günü Trnavaya səfər etməsi mümkündür.

Sentyabrın 22-də Slovakiyada bu ölkənin millisi ilə üz-üzə gələcək Azərbaycan yığması bundan 3 gün sonra “Dalğa Arena”da Qazaxıstanı qəbul edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti