"Rəqibin heyətində yaxşı futbolçular var".
Sportinfo.az xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis Azərbaycan yığmasının yaxşı komanda olduğunu bildirib:
"Bizi ağır oyun gözləyir. Bu qarşılaşmada mütləq qalib gəlməliyik".
Sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

