Azərbaycan millisi daha bir sparrinq tapdı – Şimalı Makedoniya

20 Sentyabr 2022 17:20 Milli komanda 987
Azərbaycan millisi daha bir sparrinq tapdı – Şimalı Makedoniya

Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qarşılaşma noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da baş tutacaq.

Komanda noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda Moldova seçməsi ilə görüşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti