De Byazinin milliyə dəvət etdiyi futbolçulardan 2-si Bakıya gəlmədi

20 Sentyabr 14:00 Milli komanda 3 683
De Byazinin milliyə dəvət etdiyi futbolçulardan 2-si Bakıya gəlmədi

Azərbaycan millisi səfərə hazırlaşır.

Canni de Byazinin yetirmələri bu gün saat 16:00 radələrində Bakını tərk edəcək.

Sentyabrın 19-da bir araya gələn milli üzvləri Bakı-Bratislava çarter reysli təyyarə ilə Slovakiyanın paytaxtına yola düşəcək, oradan Trnavaya olan məsafə isə avtobusla qət ediləcək.

Yığma səfərə heç də tam tərkibdə yollanmır. Belə ki, ölkə xaricində legioner həyatı yaşayan iki futbolçu – Mahir Emreli ilə Anton Krivotsyuk düşərgəyə məhz Slovakiyada qoşulacaq.

Mahir Xorvatiyadan gələcək, Anton isə Polşadan.

Məşqçi və komanda heyəti Trnavanın dəbdəbəli otellərindən hesab olunan “Holiday İnn Trnava”da məskunlaşacaq.

Sentyabrın 22-də Millətlər Liqası çərçivəsində baş tutacaq Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti