"Azərbaycan komandası xoşagəlməz rəqibdir" - Slovakiyalı vinger

20 Sentyabr 2022 00:40 Milli komanda 665
"Azərbaycan komandası xoşagəlməz rəqibdir" - Slovakiyalı vinger

"Bizi xoşagəlməz rəqiblər gözləyir".

Sportinfo.az xəbər verir ki, bunu Slovakiya yığmasının futbolçusu Laslo Beneş Azərbaycan və Belarusa qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları ilə bağlı danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi hər iki görüşdə qələbə qazanmaq istədiklərini bildirib:

"Bunun öhdəsindən gəlmək üçün yaxşı hazırlaşmalıyıq. Bizim yüksək səviyyəli oyunçularımız var. Hansı nəticələrin qeydə alındığını birlikdə görəcəyik".

Slovakiya sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarus kollektivini qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti