Azərbaycan Moldova ilə yoldaşlıq oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, bununla bağlı AFFA və Moldova Futbol Federasiyası (FMF) arasında danışıqlar aparılıb.
Əldə olunmuş razılığa əsasən, komandalar bu il noyabrın 16-da qarşılaşacaq.
Görüş Moldovanın paytaxtı Kişineudakı "Zimbru" stadionunda təşkil olunacaq.
Oyunun başlama saatı hələlik bəlli deyil.

