Diviziondan milliyə çağırılan “Araz-Naxçıvan”lı kimdir?

19 Sentyabr 2022 17:00 Milli komanda 1 960
Diviziondan milliyə çağırılan “Araz-Naxçıvan”lı kimdir?

Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində Bakıda sentyabrın 24-də Qırğızıstan, 27-də isə Moldova yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının heyəti açıqlanıb.

Açıqlanan 23 nəfərlik siyahıda bir ad xüsusi diqqət çəkib.

Söhbət Divizion təmsilçisi "Araz Naxçıvan"ın yarımmüdafiəçisi Tuqay Əlizadədən gedir.

Xüsusi diqqətin səbəbi isə odur ki, son illər hələm-hələm Diviziondan milliyə kiminsə çağrılmamasıdır.

Görünür, arxada qalan 4 turda Tuqay yığmanın yeni məşqçi korpusunun diqqətini üzərinə çəkə bilib.

20 yaşlı futbolçu Ukrayna futbolunun yetirməsidir. O, ilk olaraq, Donetsk "Şaxtyor"unda bu idman növünün sirlərini öyrənib. Daha sonra "Mariupol"un (U-19) və "Kremin"in şərəfin qoruyub.

Ukraynanın U-17 millisinə də çağırılmış Əlizadə bu yay Naxçıvan komandası ilə birillik müqavilə imzalayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti