Şotlanlara verildi - Slovakiya - Azərbaycan oyununun "ip"i

19 Sentyabr 2022 13:20 Milli komanda 536
Şotlanlara verildi - Slovakiya - Azərbaycan oyununun "ip"i

Trnavada Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları açıqlanıb.

Qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Uilyam Kollama Devid Makgiçi və Frensis Konnor laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Doland Robertson yerinə yetirəcək.

Sentyabrın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti