“Bunun öhdəsindən gələcəyik və her şey yaxşı bitəcək”

15 Sentyabr 2022 16:20 Milli komanda 644
“Bunun öhdəsindən gələcəyik və her şey yaxşı bitəcək”

"Düşünürəm ki, rəqiblər bizimlə matça fərqli hazırlaşacaqlar.

Artıq onlar necə oynadığımızı bilirlər".

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan millisinin futbolçusu Nuralı Alip Azərbaycan və Belarusa qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları ilə bağlı "RB Sport"a müsahibəsində deyib.

Rusiyanın "Zenit" klubunda çıxış edən 23 yaşlı müdafiəçi daha çox xal qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

"Bizə daha çətin olacaq. Qrupu ilk pillədə başa vurmaq üçün bir qələbəyə ehtiyacımız var.

Psixoloji təzyiq də ola bilər. Amma düşünürəm ki, bunun öhdəsindən gələcəyik və her şey yaxşı bitəcək".

Sentyabrın 22-də Belarusu qəbul edəcək Qazaxıstan yığması bundan 3 gün sonra "Dalğa Arena"da Azərbaycan millisinin qonağı olacaq.

Qazaxıstan 10 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiya 6 xalla 2-ci, Azərbaycan 4 xalla 3-cü, Belarus isə 2 xalla 4-cü yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti