Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan komandası turnirdə növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Polşa ilə qarşılaşan komandamız 6:2 hesablı qələbə qazanıb.
Millimizin heyətində Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.
Komandamız sabah 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq.
Millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək Avropa oyunlarına vəsiqə qazanıb.

