Qurban Qurbanov milliyə qayıdacaqmı? O, məşğuldur! - VİDEO

13 Sentyabr 2022 20:00 Milli komanda 1 810
Qurban Qurbanov milliyə qayıdacaqmı? O, məşğuldur! - VİDEO

AFFA-nın millinin baş məşqçisi Canni De Byazi ilə imzaladığı müqavilənin müddəti gələn ay başa çatır.

Sportinfo TV-nin aparıcısı Elçin Cəfərov italiyalı çalışdırıcının dönəmində yığmanın uğursuz çıxışına toxunub, bu posta namizədin kim olmasının vacibliyinə diqqət çəkib:

“Nəhayət, gözlədiyimiz an gəlib çatdı. Uzun sürən üzücü əsəb “oyun”larından sonra uğursuzluqdan təngə gəlmiş AFFA rəhbərliyi Canni de Byazi ilə yolları ayrımaq qərarına gəlib.

Bu eksperiment də belə başa çatdı. Deyilənlərə görə, bu dəfə bizi yerli mütəxəssislə eksperiment gözləyir.

Hamı bizimlə razılaşar ki, belə bir yükü çəkə biləcək mütəxəssisimiz bir nəfərdir - Qurban Qurbanov. O da ki, məşğuldur.

Yeni baş məşqçinin kimliyi ilə bağlı daha bir vacib nüans - qərarların qəbulunda geniş müzakirələr aparılmalıdır.

Federasiya rəhbərliyi “bunu istədi” deyə, qərarlar qəbul olunmamalıdır.

Bu sahədə ciddi dönüş yaranmasa, demək, nəticə də effektiv olmayacaq, əvvəlki problemlər davam edəcək. Nəticədə millimiz yenə məğlubiyyətləri ilə hamımızın əsəblərlə oynayacaq.

Acı gerçəklik budur ki, azarkeşlərimiz yığma komandalarımızın uğurlarına, belə demək mümkündürsə, hələ də tamarzıdır. M

illilərimiz son 30 ildə 10-dan çox baş məşqçi dəyişib. Maraqlısı da budur ki, bu posta uğursuzluqları ilə daha çox yadda qalsalar belə, əsasən əcnəbi məşqçilər gətirilir.

Gəlmələrin “ən yaxşı məşqçi” olacağı vəd edilir və onların təyinatı ilə əsassız “futbolda böyük dəyişikliklər başlayacaq” qənaəti formalaşdırılır.

Həqiqətən də dəyişiklik baş verir: ancaq müsbət deyil, mənfi yöndə. Çünki FİFA reytinqində geriləməklə. az qala cədvəldən kənara düşə bilərik.

Bunun nəticəsidir ki, müxtəlif yaş kateqoriyalarında oynayan futbolçularımızın oyunları da istənilən səviyyədə deyil, milli komandalarımız hələ də beynəlxalq miqyasda hansısa ciddi uğurları ilə yadda qalmayıblar”.

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti