Millinin baş məşqçisi Canni de Byazı oktyabrda Azərbaycanı birdəfəlik tərk edəcək.
İtaliyalı bu haqda yığmanın ayrı-ayrı futbolçuları ilə söhbətində bildirib.
Apenninli mütəxəssis AFFA-dan yeni müqavilə təklifi almadığını, federasiya mənsublarının onunla bu haqda danışmağa həvəsli olmadığını deyib.
65 yaşlı sükançı futboldan getməyə hazırlaşmadığını, daha bir neçə il yüksək səviyyədə çalışa biləcəyini söyləyib.
De Byazi 2020-ci ilin ikinci yarısından bəri Azərbaycan komandasına baçılıq edir. Onun buradakı fəaliyyəti yalnız uğursuzluqlarla yadda qalıb.
Milli 2020-ci ildə UEFA Millələr Liqasında, həmçinin DÇ-2022-nin seçmə mərhələsində azarkeşlərin ümidlərini “suda batırıb”.
Bütün bu biabırçılıqlara baxmayaraq, AFFA onunla son olaraq bu ilin yanvarında 10 aylıq müqavilə imzalayıb.
SPORTİNFO.AZ

