Azərbaycan yığması Polşanı uddu, Avropa Oyunlarına vəsiqə qazandı

11 Sentyabr 2022 02:10 Milli komanda 1 482
Azərbaycan yığması Polşanı uddu, Avropa Oyunlarına vəsiqə qazandı

Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan millisi turnirdə növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, İtaliyanın Kalyari şəhərində təşkil olunan matçda Polşa ilə qarşılaşan kollektiv 6:2 hesablı qələbə qazanıb.

Qolları Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov vurublar.

Milli sentyabrın 11-də 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq.

Bu oyunun nəticəsindən asılı olmayaraq, yığma gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək III Avropa Oyunlarına vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti