"Azərbaycanla oyunda qələbə şansımız azdır, bizə əvvəlkindən qat-qat çətin olacaq"

10 Sentyabr 2022 12:40 Milli komanda 2 025
"Azərbaycanla oyunda qələbə şansımız azdır, bizə əvvəlkindən qat-qat çətin olacaq"

"Belarusla ev matçı əsas olacaq.

Bu oyunda qalib gəlməliyik. Azərbaycanla görüşdə qələbə şansımız azdır".

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan millisinin sabiq futbolçusu Bulat Esmaqambetov Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.

54 yaşlı veteran hücumçu bildirib ki, yığmanın qrup birincisi olmaq şansı yüksəkdir:

"Bunun üçün bir qələbə lazımdır. Amma bu, elə də asan olmayacaq. Belarus və Azərbaycan daha optimal vəziyyətdədir.

Qarşıdakı oyunlar əvvəlkilərdən qat-qat çətin olacaq. Bununla belə, komandamıza inanıram. Düşünürəm ki, onlar tarix yaza bilərlər".

Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti