Çimərlik futbolu üzrə Azərbaycan millisi Dünya Çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Norveç ilə üz-üzə gələn yığmamız 6:3 qələbə qazanıb.
Millimizin heyətində Comərd Baxşəliyev (3), İsa Zeynallı, Orxan Məmmədov və Amid Nəzərov fərqlənib.
Millimiz Dünya Çimərlik oyunlarında sentyabrın 3-də 9-10-cu yerlər uğrunda qarşılaşmada Moldova ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.

