Millimiz Ümumdünya Oyunlarına vəsiqə qazana bilmədi

1 Sentyabr 2022 02:20 Milli komanda 796
Millimiz Ümumdünya Oyunlarına vəsiqə qazana bilmədi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Ümumdünya Çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığma 9-12-ci yerlər uğrunda qarşılaşmada Norveçlə üz-üzə gələcək.

1 sentyabrda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Azərbaycan İtaliyanın Katanya şəhərində keçirilən matçlarda qrupda İsveçrəyə 4:7 və Ukraynaya 4:5 hesabı ilə uduzaraq 2023-cü il 5-12 avqustda İndoneziyanın Bali əyalətində keçiriləcək Ümumdünya Çimərlik Oyunlarına vəsiqə qazana bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti