Türkiyə ilə heç-heçə etdik

31 Avqust 2022 02:50 Milli komanda 932
Türkiyə ilə heç-heçə etdik

Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “Dalğa Arena”da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə başa çatıb.

Oyunun 65-ci dəqiqəsində Amin Qarayev qırmızı vərəqə alıb.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti