Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzdu

30 Avqust 2022 01:10 Milli komanda 849
Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Dünya Çimərlik Oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, İtaliyanın Katanya şəhərində İsveçrə ilə qarşılaşan yığma 4:7 hesabı ilə məğlub olub.

Komandanın heyətində Orxan Məmmədov və Amid Nəzərov dubl edib.

Milli növbəti oyununu bu gün Ukraynaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti