Yığmamız Bosniya və Herseqovina ilə bərabərə qaldı

28 Avqust 2022 03:30 Milli komanda 520
Yığmamız Bosniya və Herseqovina ilə bərabərə qaldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurub.

69-cu dəqiqədə Nuğay Rəşidov qırmızı vərəqə alıb. Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti