Sofiya Azərbaycan və Bolqarıstan yığmalarını iki dəfə üz-üzə gətirəcək

28 Avqust 2022 03:00 Milli komanda 853
Sofiya Azərbaycan və Bolqarıstan yığmalarını iki dəfə üz-üzə gətirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 28-dən sentyabrın 2-dək Bakıda, 2-dən 7-dək isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində təlim-məşq toplanışı olacaq.

Sportinfo.az xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində sentyabrın 4-də və 7-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Komandada yalnız bir legioner - "Riqa"nın qapıçısı Hüseynov Osman yer alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti