Növbəti Avropa çempionatı Azərbaycanda keçiriləcək?

16 İyun 2022 00:50 Milli komanda 628
Növbəti Avropa çempionatı Azərbaycanda keçiriləcək?

Minifutbol üzrə 2024-cü ilə Avropa çempionatı Azərbaycanda keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Elşad Quliyev açıqlama verib.

O bildirib ki, artıq bu məsələ ilə bağlı rəsmi müraciət olunub:

"Hələ Avropa çempionatından öncə təklifimizi irəli sürmüşük. Növbəti turniri Azərbaycana salmaq fikirləri var idi. Amma yeganə namizəd bizim ölkə deyil".

Mütəxəssisin sözlərinə görə, 2024-cü il Avropa çempionatı Bakıda təşkil edilsə, yaxşı olar:

"Azarkeşlərimiz orada necə səviyyəli futbolçuların çıxış etdiyini görərdi. Biz verilsə, sevinərdim. Çox möhtəşəm turnirdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti