"Seçilməyim özüm üçün də gözlənilməz oldu"

15 İyun 2022 09:20 Milli komanda 546
"Seçilməyim özüm üçün də gözlənilməz oldu"

Mini-futbol üzrə Avropa çempionu olan Azərbaycan yığması Bakıya qayıdıb.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatının ən yaxşı futbolçusu seçilən Bəxtiyar Soltanov hava limanında jurnalistlərə açıqlama verib:

"Finala kimi çətin rəqibləri keçmişdik. Finalda rəqibimiz 6 qat Avropa çempionu idi. Oyunun məsuliyyətini dərk edirdik.

Şükür Allaha qalib gəldik. Bütün uşaqlar əziyyət çəkdi. Turnirin ən yaxşı oyunçusu seçilməyim özüm üçün də gözlənilməz oldu.

Çünki bunu gözləmirdim. Amma oyundan sonra mənə hansısa mükafatın təqdim olunacağı demişdilər. Təbii ki, ikiqat sevincliyəm. Çempionluq və ən yaxşı oyunçusu oldum.

Böyük futbolda da bacardığım qədər yaxşı şeylər etdim. Burada da bacardığımı edirəm.

Yarışlarımız var qarşıda. Ən yaxşısını edəcəyik ki, Azərbaycanın bayrağını yüksəklərə qaldıraq. Yığmada oynamağa davam etmək istəyirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti