"Azərbaycana daha çox qol vura bilərdik, mane oldular"

15 İyun 2022 09:00 Milli komanda 562
"Azərbaycana daha çox qol vura bilərdik, mane oldular"

Slovakiya millisinin yarımmüdafiəçisi Albert Rusnak Millətlər Liqasının 3-cü turu çərçivəsində Azərbaycana qarşı keçirilən matç haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu millimiz üzərində qazanılanı qələbəni şərh edib:

"Çətin oyun alındı. Prinsipcə, biz belə olacağını da gözləyirdik. Azərbaycan bizə arşı layiqli mübarizə apardı.

Amma oyunda güclü tərəf biz idik. İlk yarıda yetərincə qol epizodumuz var idi. Daha çox qol vura bilərdik.

Azərbaycan millisinin müdafiədə kompakt oynaması daha çox qol vurmağımıza mane oldu.

Qazaxıstana uduzduqdan sonra birincilik uğrundakı mübarizəyə davam etmək üçün qələbə lazım idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti