De Byazili Azərbaycan yığması iki ilin tamamında, nəhayət, evdə qələbə qazanmağı bacardı.
Qələbə hər zaman qələbədir. Rəqibin gücündən, oyunun çəkisindən, meydanda baş verən bütün gedişatlardan asılı olmayaraq qələbə şirin neymətdir.
Matçdan sonra futbolçuların, məşqçilərin qazanılan 3 xalı böyük coşğu ilə qeyd etməsi də başadüşüləndir. Axı evdə qələbə qazanıblar. Həm də illər sonra. Günlər, həftələr, aylar yox, məhz illər sonra. Bura qədəri tamam, anlaşıldı.
Amma bundan sonrasına nə söz? Üzümüzdəki 3 xal təbəssümü ilə qarşıdan gələn matçları gözləmək olarmı?
Həə, elə mənim timsalımda əksəriyyəti də burada ağlamaq tutur.
Ki, qarşıdakı rəqiblərdən biri favorit Slovakiyadırsa, digəri 10 xalla sözün həqiqi mənasında qrupda at oynadan Qazaxıstandır.
Elə həmin Qazaxıstanın xallarına, qrupdakı yerinə baxanda "Dalğa Arena"dakı sevincə xəcalət toxumu səpməmək mümkün deyil.
Həqiqətən, qazaxların nəticəsindən sonra Belarus qələbəsinə bu qədər möhtəşəmliklə fokslanmaq doğrudur ya yox onu da sizin ixtiyarınıza buraxıram...
XANOĞLAN İMANOV

