HESABLANDI - Azərbaycan yığması ilk "5-lik"də yer aldı

16 İyun 2022 23:20 Milli komanda 1 162
HESABLANDI - Azərbaycan yığması ilk "5-lik"də yer aldı

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun növbəti oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması 4 qarşılaşma ərzində ən çox top qazanan komandalar sırasında yer alıb.

Milli üzvləri matçlarda 172 dəfə buna müvəffəq olublar. Komanda bu göstəricidə 4-cü pillədə qərarlaşıb.

Avstriya seçməsi (180) birinci sırada yer alıbsa, Azərbaycan yığmasının qrupdakı rəqibi Qazaxıstan Danimarka kollektivi ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki komanda ümumilikdə 174 dəfə top qazana bilib.

Azərbaycan millisi IV turda Bakıda Belarusu 2:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti