Azərbaycan millisi dünən Millətlər Liqasında II dövrəyə start verdi.
İlk üç oyunda nəinki qələbəyə, hətta qola da həsrət qalan Canni de Byazinin komandası Belarusla qarşılaşdı.
Qrup autsayderlərinin görüşü sonuncu pillənin taleyi baxımından böyük önəm kəsb edirdi. Keçirdiyi əvvəlki matçlarda istəyinə çata bilməyən yığmamız “Dalğa Arena”dakı qarşılaşmada azarkeşlərini sevindirdi.
İlk yarıda rəqibin müqavimətini qıra bilməyən komandamız yalnız son dəqiqələrdə Mahir Emreli və Ramil Şeydayevin topları sayəsində qrupda ilk qələbəsini qazandı və 4 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəldi.
Bu, həm də yığmamızın turnirdə ilk qolları oldu.
Dörd xalı da Belarusdan almış yığmanın futbolçularının qazancı da bilinib. AFFA əsas heyət üzvlərinin hər birinə 45 min manat ödəməyi öz üzərinə götürüb.
Federasiya Millətlər Liqasında qələbəyə 30 min manat mükafat vəd edibsə, 1 xalın qarşılığı olaraq həmin məbləğin yarısı təyin olunub.
SPORTİNFO.AZ

