"Ağır oyun alındı. Belarusla ilk matçımız da çətin keçmişdi".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov Bakıda Belarusa 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
"Zirə"nin formasını geyinən 19 yaşlı müdafiəçi meydana qələbə üçün çıxdıqlarını bildirib:
"Fasilədə öz aramızda danışdıq və ikinci hissədə qollar vuraraq qalib gəldik".
Gənc oyunçunun sözlərinə görə, hər bir azərbaycanlı futbolçu kimi onun da əsas hədəfi millidə çıxış etməkdir:
"Arzumu reallaşdırdım. Buna görə Canni De Byaziyə təşəkkür edirəm".

